Böyük Qayıdışa həsr edilən konfransda
Milli Məclisin deputatları Nizami Səfərov və Əminə Ağazadə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda keçirilən konfransda iştirak ediblər.
Tədbir Baş Prokurorluğunun təşəbbüsü ilə Zəngilan rayonunda təşkil olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun, Nazirlər Kabinetinin vəzifəli şəxslərinin iştirak etdiyi konfransa Konstitusiya, Ali və Apellyasiya məhkəmələrinin, Ədliyyə, Daxili İşlər, Xarici İşlər və Müdafiə nazirliklərinin, digər hüquq mühafizə orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti və QHT nümayəndələri, media subyektləri dəvət olunublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi