Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Tədbirlər
02 sentyabr 2022 | 17:54   
Paylaşın:        

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin sentyabrın 5-də və 6-da keçiriləcək iclaslarında iştirak etmək üçün İsveçrənin Bern şəhərinə səfər edəcəklər.

Komitənin gündəliyinə COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər və digər məsələlər daxil edilib.

İclasda həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU