Deputatımız beynəlxalq seminarda iştirak edəcək
Sentyabrın 12-də Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü Şahin İsmayılov Parlamentlərarası İttifaqın Dayanıqlı inkişafın məqsədlərinə nail olunması naminə Asiya-Sakit Okean regionu parlamentlərinin üçüncü regional seminarında iştirak etmək üçün Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə səfər edəcək.
Seminarda Asiya-Sakit Okean regionunda COVİD-19 pandemiyasının Dayanıqlı inkişaf məqsədlərinə təsiri, regionun sosial, iqtisadi və ekoloji sahələrində yeni çağırışlar, keyfiyyətli təhsil və gənclərin işlə təmini, həmçinin Dayanıqlı inkişaf məqsədlərinin institutlaşması praktikası və parlament mexanizmləri kimi mövzular müzakirə ediləcək, müvafiq sənədlər qəbul olunacaq.
Deputatımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Səfər sentyabrın 15-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi