Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin iştirakçıları Özbəkistanın Səmərqənd şəhərinə səfər ediblər

Sədrin səfərləri
11 sentyabr 2022 | 11:02   
Paylaşın:        

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək məqsədilə Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfər edib. Sentyabrın 10-da sammitdə iştirak edən nümayəndə heyətləri Özbəkistanın Səmərqənd şəhərinə gəliblər.

Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, sammitdə iştirak edən parlament rəhbərləri və onların başçılıq etdikləri nümayəndə heyətləri Səmərqəndin tarixi və mədəni yerləri ilə tanış olublar. Qonaqlar Uluqbek Rəsədxanası, Müqəddəs Daniil məqbərəsi, Şahi-Zində məqbərəsi, Bibixanım məqbərəsi, Registan meydanı və Əmir Teymur məqbərəsində olublar. Burada nümayəndə heyətlərinin üzvlərinə tarixi yerlər haqqında ətraflı məlumat verilib.

Burada Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan kütləvi informasiya vasitələrinə müsahibə verib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU