Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanda rəsmi səfərdədir

Sədrin səfərləri
11 sentyabr 2022 | 17:00   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov,  Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər.

Düşənbə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Tacikistan Ali Məclisi Milli Məclisi sədrinin birinci müavini Rajabbəy Ahmadzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Tacikistan Ali Məclisinin yuxarı və aşağı palatalarının sədrləri və digər ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər sentyabrın 12-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU