TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
25 dekabr 2012 | 04:12   
Paylaşın:        

Dekabrın 25-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin I müavini Ziyafət Əsgərov gündəlikdəki məsələ barədə məlumat verdi.
Bildirildi ki, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” 9 maddədən ibarətdir. Sənəddə əməkdaşlığın prinsipləri və sahələri öz əksini tapıb. Sazişə görə ölkələrimiz təhlükəsizlik və müdafiə siyasəti, hərbi-siyasi, sülhü dəstəkləmə və humanitar əməliyyatlar, ətraf mühit, hərbi təhsil, təlim, tibb xidməti və idman sahələrində əməkdaşlıq edəcəklər.
Ziyafət Əsgərov qanun layihəsini ətraflı şərh etdikdən sonra vurğuladı ki, sənəd milli və dövlət maraqlarımıza uyğundur. Müzakirə zamanı deputatlar Elman Məmmədov, Fərəc Quliyev və Aqil Abbasov da sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər.
Fikir mübadiləsinin yekununda bu Sazişin təsdiqlənmək üçün parlamentə təqdim olunması qərara alındı.

 

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU