Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

Tədbirlər
21 sentyabr 2022 | 18:48   
Paylaşın:        

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

Deputatımız burada ATƏT PA-nın Helsinki+50 təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.

Səfər sentyabrın 24-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU