Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

Tədbirlər
24 sentyabr 2022 | 11:50   
Paylaşın:        

Milli Məclisin deputatları, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımızın parlamentin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu və komitə sədrləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU