Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.
Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və burada diaspor ilə görüşü də nəzərdə tutulub.
Səfər sentyabrın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi