“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı təkliflər Milli Məclisə daxil olmaqda davam edir

Tədbirlər
27 sentyabr 2022 | 18:21   
Paylaşın:        

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Həmçinin, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb. Prosesin gedişi haqqında əlavə məlumat veriləcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU