Deputatlarımız Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Rauf Əliyev sentyabrın 29-dan oktyabrın 3-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaqlar.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev QDİƏTPM-in xətti ilə, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev isə Milli Məclisin xətti ilə Bolqarıstanda keçiriləcək parlament seçkilərini izləyəcəklər.
Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, orada yaradılmış şəraitə, seçkilərə hazırlığa diqqət yetirəcək, seçki günü prosesin gedişini müşahidə edəcəklər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi