Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər

Tədbirlər
01 oktyabr 2022 | 14:07   
Paylaşın:        

Milli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımızın parlamentdə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin perspektivləri və ikitərəfli münasibətlərin gələcək inkişafı barədə müzakirələr aparılacaq.

Səfər oktyabrın 4-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU