Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələri Parlament Sədrlərinin 8-ci Sammitində iştirak edəcək

Sədrin səfərləri
03 oktyabr 2022 | 16:51   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərinə səfər edəcək.

Tədbirdə Milli Məclisin sədrinin müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU