Deputatlarımız AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

Tədbirlər
08 oktyabr 2022 | 11:12   
Paylaşın:        

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva  qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.

Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər oktyabrın 16-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU