Deputatımız Parlamentlərarası İttifaqın Assambleyasında iştirak edəcək

Tədbirlər
10 oktyabr 2022 | 10:16   
Paylaşın:        

Milli Məclisin deputatı Ramin Məmmədov Parlamentlərarası İttifaqın 145-ci Assambleyasında iştirak etmək üçün oktyabrın 10-da Ruanda Respublikasının paytaxtı Kiqali şəhərinə səfər edəcək.

Assambleya çərçivəsində keçiriləcək tədbirlərdə gender bərabərliyi, onun parlament aspektləri və bu sahədə parlament fəaliyyətləri, həmçinin miqrasiya dərəcəsi yüksək olan ölkələrin yerli və regional inkişafında, insan alveri və insan hüquqları pozuntusuna qarşı mübarizədə parlamentlərin rolu kimi mövzularda müzakirələr aparılacaq. Assambleyanın sonunda müzakirə olunacaq məsələlərlə bağlı yekun sənədin qəbul edilməsi gözlənilir.

Səfər oktyabrın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU