Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdə

Tədbirlər
13 oktyabr 2022 | 18:24   
Paylaşın:        

Oktyabrın 13-də Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq Azərbaycanda malyariya epidemiyası ilə mübarizədə əldə olunan nailiyyətlər barədə danışıb. Əhliman Əmiraslanov bu sahədə qəbul edilən dövlət proqramları, həmçinin  vətəndaşların sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa qayğısı sayəsində Azərbaycan səhiyyəsində görülən tədbirlər, tibbin inkişafı üçün yaradılan imkanlar barədə qonaqlara  məlumat verib.

Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov və Sədaqət Vəliyeva Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar Azərbaycan səhiyyəsində aparılan islahatlardan, dövlətin göstərdiyi böyük dəstəkdən danışaraq, səhiyyənin aktual məsələlərinə Azərbaycan parlamentinin də həssaslıqla yanaşdığını diqqətə çatdırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının Baş Qərargahının Qlobal Malyariya Proqramının Malyariyanın Eliminasiyası şöbəsinin müdiri Elxan Qasımov, Ümumdünya Səhiyyə Təşkilatının  Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyətinin rəhbəri Kis Karter, missiyanın üzvü Reza Məcidzadə ÜST tərəfindən Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə aparılan sertifikatlaşdırma prosesi, görülən işlər  barədə məlumat veriblər, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını yüksək qiymətləndiriblər. Onlar bu sahədə epidemioloji və entomoloji vəziyyət üzərində daimi nəzarətin aparılması ilə bağlı fikirlərini bölüşüblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU