Deputatlar ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edəcəklər

Tədbirlər
15 oktyabr 2022 | 12:50   
Paylaşın:        

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə qurumun İpək Yolu Qrupunun “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Konfransda “Böhran dövründə təminat zəncirlərinin davamlılığı və qida təhlükəsizliyi”, “Davamlı ətraf mühit və inkişaf üçün enerji təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq. Tədbirin yekununda İstanbul Bəyannaməsi qəbul ediləcək.

Konfrans çərçivəsində biznes-forum keçiriləcək.

Deputatlarımız konfransda müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 19-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU