QDİƏT Parlament Assambleyasının komitə iclasında

Tədbirlər
25 oktyabr 2022 | 17:11   
Paylaşın:        

Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 60-cı iclası keçirilib.

Komitə iclasında QDİƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, qurumun sədr müavini, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov və deputat Jalə Əhmədova iştirak ediblər.

Komitədə, əvvəlcə, iclasın gündəliyi və 59-cu iclasın protokolu təsdiq edilib.

Sonra tədbirdə “QDİƏT-ə üzv ölkələrdə xarici investisiyaların cəlb edilməsinin təşviqində parlamentlərin rolu” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

İclasda iştirak edən QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi barədə məlumat verib. O, bildirib ki, növbəti iclas “QDİƏT-ə üzv ölkələrdə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU