Deputatımız Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək
Milli Məclisin deputatı Könül Nurullayeva “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak etmək üçün oktyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edəcək.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Qadın və idman komitəsinin rəhbəri və İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ilk dəfə keçiriləcək “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılışı və oyunlar zamanı bir sıra silsilə tədbirlərə qatılacaq.
Səfər noyabrın 1-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi