AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 yanvar 2012 | 06:01   
Paylaşın:        

Yanvarın 18-də Milli  Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov  gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdi.
Əvvəlcə  ötən il komitədə görülən işlər barədə məlumat verildi. Bildirildi ki, 2011-ci il payız sessiyası ərzində komitənin 5 iclası keçirilmiş və 6 məsələyə baxılmışdır. Bu sənədlərdən üçü plenar iclasa tövsiyyə olunaraq qəbul edilmişdir. Hesabat dövründə komitə üzvlərinin bir çox beynəlxalq təşkilatların işində yaxından iştirak etmək üçün xarici ölkələrə səfər etdiyi qeyd edildi. Payız sessiyası dövründə vətəndaşlardan daxil olan ərizə və məkdublara komitədə baxıldığını nəzərə çatdıran Eldar İbrahimov qaldırılan məsələlərin bir çoxunun müsbət həll edildiyini vurğuladı.
 Komitə sədri 2012-ci il yaz sessiyası ərzində görüləcək işlər barədə də ətraflı məlumat verdi. Bildirdi ki, bu müddətdə “Kənd təsərüffatı kooperasiyası” və “Kənd təsərüffatında informasiya-məsləhət xidməti” haqqında qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd edilən məsələlərin kənd təsərüffatının dinamik inkişafı, məhsüldarlığın artırılması üçün mühüm əhəmiyyət kəsb edəcəyi vurğulandı.
Çıxış edən deputatlar ötən sessiyanı komitə üçün kifayət qədər uğurlu sayaraq,  müzakirə olunacaq sənədlər barədə fikirlərini bölüşdülər.


Milli Məclisin
Mətbuat xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU