Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək

Tədbirlər
05 noyabr 2022 | 19:21   
Paylaşın:        

Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

Deputatlarımız 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulur.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU