Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər
Milli Məclisin deputatları Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.
Milli Məclisin deputatları səfər çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda və digər şəhərlərdə olacaq, Konqresin və Senatın üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə deputatlarımız ABŞ Konqresinin fəaliyyəti ilə yaxından tanış olacaq, parlamentlərarası əlaqələrin perspektivləri barədə müzakirələr aparacaqlar.
Səfər noyabrın 18-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi