Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcəklər

Tədbirlər
11 noyabr 2022 | 17:31   
Paylaşın:        

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 13-də Fransanın Paris şəhərinə səfər edəcəklər.

Komitənin gündəliyinə insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, ölümsaçan silah sistemlərinin insan hüquq və azadlıqları kontekstində dəyərləndirilməsi və digər məsələlər daxil edilib.

İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, təşkilati işlərə baxılacaq, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.

Səfər noyabrın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU