Milli Məclisin deputatı Dünya İqlim Sammitində iştirak edəcək

Tədbirlər
12 noyabr 2022 | 12:01   
Paylaşın:        

 

Milli Məclisin deputatı Ramin Məmmədov noyabrın 13-də və 14-də  Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim dəyişikliyi Konfransı çərçivəsində keçiriləcək Dünya İqlim Sammitində iştirak edəcək.

Tədbirdə təmiz iqtisadiyyata keçid, bu sahədə əməkdaşlıq, İqlim dəyişikliyi üzrə Paris Anlaşması çərçivəsində təyin edilmiş məqsədlərə nail olmaq üçün bu sahədəki öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər noyabrın 15-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU