Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib

Sədrin çıxışları
13 noyabr 2022 | 21:20   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib. Spiker bununla bağlı özünün tvitter səhifəsində paylaşım edib.

Parlamentin sədri partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verib, xəsarət alanlara  şəfa diləklərini ifadə edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU