Deputatımız beynəlxalq konfransda iştirak edəcək

Tədbirlər
14 noyabr 2022 | 10:10   
Paylaşın:        
Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.
Deputatımız konfrans çərçivəsində müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.
Səfər noyabrın 17-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU