Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər

Tədbirlər
16 noyabr 2022 | 09:58   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar  prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək.

Deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.

Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 23-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU