Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Tədbirlər
22 noyabr 2022 | 11:23   
Paylaşın:        

Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelovanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ağalar Vəliyev, Mixail Zabelin və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU