Deputatlarımız İspaniya və Belçikada səfərdə olacaqlar

Tədbirlər
24 noyabr 2022 | 16:13   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 26-dan 30-dək İspaniyanın Madrid şəhərində səfərdə olacaqlar.

Deputatlarımız İspaniya parlamentində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparacaqlar.

Sonra Səməd Seyidov noyabrın 30-dan dekabrın 3-dək Belçika Krallığının Brüssel şəhərində səfərdə olacaq. Komitə sədri Avropa Parlamentində bir sıra görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU