Deputatımız Lissabona səfər edəcək

Tədbirlər
02 dekabr 2022 | 16:22   
Paylaşın:        

Milli Məclisin deputatı, AŞPA-nın İctimai sağlamlıq və davamlı inkişaf üzrə alt komitəsinin sədri Nigar Arpadarai UNITE Qlobal Sağlamlıq Konfransında iştirak etmək üçün dekabrın 4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfər edəcək.

Konfransda səhiyyə sisteminin gələcəyi, pandemiyalara hazırlıq və cavab tədbirləri, sağlamlıq insan hüquqlarının tərkib hissəsi kimi mövzular müzakirə ediləcək. Müzakirələrdə Dayanıqlı İnkişaf Məqsədlərində irəliləyişlərin əldə olunması və bu prosesə parlamentarilərin töhfəsi barədə fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 6-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU