Beynəlxalq tədbirdə

Tədbirlər
06 dekabr 2022 | 15:48   
Paylaşın:        

Milli Məclisin deputatı Tural Gəncəliyev Qabaqcıl və Müqayisəli Araşdırmalar üzrə Beynəlxalq Mərkəz (ICEUR) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olub.

Tədbirdə “Qarabağ sülh prosesi – Başlanğıcın sonu?’’  mövzusunda müzakirələr aparılıb. Deputatımız müzakirə olunan məsələyə münasibətini bildirib, fikirlərini bölüşüb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU