Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub

Sədrin səfərləri
08 dekabr 2022 | 15:09   
Paylaşın:        

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb.

Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov spiker Sahibə Qafarova ilə görüşdə Ordeni Azərbaycan parlamentinin rəhbərinə təqdim edib.

Parlamentin spikeri Sahibə Qafarova bu yüksək mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirərək, bu Ordeni Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinə göstərilən diqqət və hörmətin əlaməti kimi qiymətləndirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU