Ankarada Ulu Öndər Heydər Əliyevin anım günü keçiriləcək
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Komitə sədri Ankarada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək.
Səfər dekabrın 14-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi