AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında

Tədbirlər
10 dekabr 2022 | 12:24   
Paylaşın:        

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 11-də  Paris şəhərinə səfər edəcəklər.

Komitənin iclasında insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, Birləşmiş Krallıqda insan hüquqları sahəsində qanunvericilik islahatları, onun Avropada insan hüquqlarının müdafiəsinə təsirləri və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.

Tədbirdə Milli Məclisin deputatı Kamal Cəfərov “Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Deputatların səfəri dekabrın 13-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU