Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Tədbirlər
13 dekabr 2022 | 16:54   
Paylaşın:        

Dekabrın 15-də Milli Məclisdə “Dövlət  ümumi təhsil müəssisələrində  işləyən təhsilverənlərin sertifikatlaşdırılması”  mövzusunda ictimai dinləmə keçiriləcək.

Tədbir parlamentin Elm və təhsil komitəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə keçirilir. Dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU