Deputatımız Norveçə səfər edəcək

Tədbirlər
13 dekabr 2022 | 18:27   
Paylaşın:        

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası ilə BMT arasında həyata keçirilən “Terrorçuların Səyahətinə qarşı Mübarizə Proqramı” çərçivəsində  dekabrın 14-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək.

Səfər çərçivəsində terrorçuluğa qarşı mübarizə ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi, qurumlararası əməkdaşlıq, məlumat mübadiləsi, şəxsi məlumatların qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Mövzu ilə bağlı müzakirələrdə deputatımız öz fikirlərini bildirəcək, qeyd və təkliflərini verəcək.

Səfər dekabrın 18-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU