“Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər” adlı konfransda
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər” adlı konfransda iştirak etmək üçün dekabrın 14-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsinin dəstəyi ilə keçiriləcək konfransda Türkiyə və Azərbaycan arasında regional və ikitərəfli əməkdaşlıq imkanlarının perspektivlərindən danışılacaq, iki ölkənin ziyalıları arasında birbaşa əlaqə kanalları yaratmaq və qarşılıqlı fəaliyyəti artırmaq məqsədilə fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 18-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi