TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ

Komitə iclasları
12 fevral 2013 | 02:02   
Paylaşın:        

Fevralın 12-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, iclasda iki məsələyə baxılacaq.
Öncə “2012-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabat” dinlənildi. Bildirildi ki, payız sessiyası ərzində komitənin 4 iclası keçirilib və 7 məsələyə baxılıb. O cümlədən Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü ilə göndərilmiş 5 qanun layihəsi sessiya dövründə parlamentdə qəbul olunub. Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan komitəyə daxil olmuş 110 ərizə və məktuba baxılıb, müvafiq tədbirlər görülüb.
Komitə üzvləri hesabatı məqbul saydılar. Sonra iclasda “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” qanun layihəsi haqqında məlumat verildi. Deputatlar rəy və təkliflərini bildirdilər.
Müzakirələrin yekununda qanun layihəsinin parlamentə təqdim olunması məqsədəuyğun sayıldı.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU