Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin Antalya şəhərinə səfər edəcək

Sədrin səfərləri
07 yanvar 2023 | 11:29   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU