Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər

Tədbirlər
14 yanvar 2023 | 11:23   
Paylaşın:        

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin üzvləri Nurlan Həsənov və Sevil Mikayılova yanvarın 15-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə  qarşılıqlı əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər yanvarın 19-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU