Milli Məclisin deputatı Romaya səfər edəcək

Tədbirlər
19 yanvar 2023 | 12:07   
Paylaşın:        

Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli yanvarın 19-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız İtaliya parlamentinin hər iki palatasında həmkarları ilə parlamentlərarası əlaqələrin inkişafı, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı görüşlər keçirəcək və fikir mübadiləsi aparacaq.

Səfər yanvarın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU