20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Nişantaşı Universitetində konfrans keçiriləcək

Tədbirlər
19 yanvar 2023 | 12:10   
Paylaşın:        

Milli Məclisin deputatları Musa Qasımlı və Aqil Məmmədov yanvarın 19-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Səfərdə deputatlar Azərbaycanın İstanbul Baş konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhərində keçiriləcək konfransın işinə qatılacaqlar. 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan konfrans Nişantaşı Universitetində keçiriləcək. Tədbirdə millət vəkili Musa Qasımlının məruzə ilə çıxış etməsi nəzərdə tutulub.

Səfər yanvarın 20-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU