AŞPA-nın qış sessiyasında

Tədbirlər
21 yanvar 2023 | 11:25   
Paylaşın:        

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Sabir Hacıyev, Könül Nurullayeva, Asim Mollazadə, Fazil Mustafa, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Sessiyada Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər, silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU