Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı paylaşım edib

Tədbirlər
27 yanvar 2023 | 15:03   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar öz feysbuk hesabında paylaşım edib. Paylaşımda deyilir: “Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik. Hücumun qarşısını alarkən şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk !”

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU