Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib

Sədrin səfərləri
06 fevral 2023 | 10:15   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Qahirə Beynəlxalq hava limanında nümayəndə heyətini Misir Senatı sədrinin müavini Fibi Favzi, Baş katibin müavini Mohamed Jahin, Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov və  digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Misir Ərəb Respublikası Senatının və Nümayəndələr palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşləri gözlənilir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU