Beynəlxalq konfransda
Milli Məclisin deputatı Arzu Nağıyev fevralın 7-də Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edəcək.
Millət vəkili “Birgə Daha Təhlükəsiz Gələcəyə - Yol Hərəkəti Təhlükəsizliyinin Təmini Üçün Fəaliyyət” mövzusuna həsr olunmuş parlamentarilərin 1-ci beynəlxalq konfransında iştirak edəcək.
Tədbirdə deputatımız müzakirə olunacaq məsələyə dair öz fikirlərini səsləndirəcək qeyd və təkliflərini verəcək.
Səfər fevralın 10-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi