Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində olub

Sədrin səfərləri
08 fevral 2023 | 10:41   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında səfərdə olan parlament nümayəndə heyəti ölkəmizin buradakı səfirliyinə gəlib.

Milli Məclisin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

Sonra səfir Elxan Poluxov səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

Parlamentin sədri səfirlik əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU