Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir

Sədrin səfərləri
10 fevral 2023 | 17:50   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir.

Səfər çərçivəsində Azərbaycan parlamentinin spikeri Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın xalqa müraciəti mərasimində iştirak edib. CAR parlamentinin hər iki palatasının birgə iclasından əvvəl keçirilən mərasimdə Siril Ramafosa ölkənin və rəhbərlik etdiyi hökumətin hədəfləri, qarşıda duran vəzifələr, xarici siyasi fəaliyyəti və digər prioritetlər barədə danışıb.

Prezidentin müraciəti başa çatdıqdan sonra parlamentarilər Milli Məclisin sədri Sahibə Qafarovanı və tədbirdə iştirak edən digər parlament nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU