Azərbaycan Respublikası Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yerli mediadan ünvanlanmış suala dair

Tədbirlər
12 fevral 2023 | 13:18   
Paylaşın:        

Azərbaycan Respublikası  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yerli mediadan ünvanlanmış suala dair

 

- Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Mətbuatda dərc olunan həmin məlumatlarla biz də sosial media vasitəsilə tanış olduq. Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcəkdir.

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU