Milli Məclisin sədri Sahibə Qafarova Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

Sədrin səfərləri
13 fevral 2023 | 18:50   
Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.

Milli Məclisin sədri Sahibə Qafarova  səfər çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gələrək, burada “Naməlum əsgər” məzarının önünə əklil qoyub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, komitə sədrləri Ziyafət Əsgərov və Bəxtiyar Əliyev, deputatlar – Nizami Səfərov, Əminə Ağazadə, Sevinc Hüseynova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU